CƏMİYYƏT


Lənkəranlı arıçı gənəyə qarşı yeni qurğu düzəldib

Ölkəmizin əlverişli iqlimi, zəngin bitki örtüyü iqtisadi cəhətdən gəlirli olan arıçılığın inkişafını şərtləndirən başlıca amillərdəndir. Lakin arıçılıqda məhsuldarlığı aşağı salan təhlükəli faktorlar da var. Onlardan biri də gənə xəstəliyidir. Bu xəstəliyə qarşı müxtəlif mübarizə üsulları tətbiq edilsə də, çox vaxt təsirsiz olur. Buna görə də arıçılar daha effektiv mübarizə üsulları axtarır və tətbiq etməyə çalışırlar. Lənkəranlı arıçı belə mübarizə vasitəsi kimi yeni qurğu – sublimator düzəldib.