“YAŞAT” Fondu 20 gün komada qalan qazinin müalicəsi ilə yanaşı, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına da dəstək göstərib
16.02.2022 [17:29]
Xəbərin mətni
“İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilən Vətən müharibəsi qazisi Misir Axundov ağır, məşəqqətli, lakin çox şərəfli bir döyüş yolu keçib. Hətta hərbi hissəyə onun şəhid olması də xəbəri çatıb.AZƏRTAC xəbər verir ki, Misir Axundovun döyüş yolu 2020-ci ilin sentyabrın 27-də Füzuli uğrunda döyüşlərdən başlayıb.