İstanbulda 4 mərtəbəli binada yanğın olub, 1 nəfər ölüb
17.02.2022 [09:51]
Türkiyənin İstanbul şəhərində səhər saatlarında 4 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən mənzildə yanğın baş verib. Yanğında köməksiz vəziyyətdə qalan və ayaqları olmayan 84 yaşlı vətəndaş dünyasını dəyişib. Yanğın qısa müddətdə söndürülüb.