CƏMİYYƏT


Svarovski qaşlar və kristallardan hazırlanan əl işləri

Qadınlar öz incəlik və zərifliklərini müxtəlif əl işləri ilə ifadə edirlər. Dekorativ tətbiqi xalq sənətinə fərqli və yeni ruhda yanaşanlardan biri də “ABAD”çı Aygün Nağıyevadır. AZƏRTAC-ın "İşgüzar xanımlar" layihəsinin qonağı olan A.Nağıyeva ilk olaraq Azərbaycan bayrağını kristallarla öz geyimlərində bəzəyib. Ətrafdakı insanlar tərəfindən bəyənildiyini gördükdən sonra əl işlərini tabloların üzərinə köçürüb. Bir çox uğurlara imza atan müsahibimizin gələcək hədəfi isə müəllifi olduğu “Qarabağ kolleksiyası”nı Şuşa şəhərində sərgiləməkdir.