DÜNYA


Braziliyada güclü yağışlar azı 104 nəfərin ölümünə səbəb olub

Braziliyada aramsız yağan güclü yağışlar Rio-de-Janeyro ştatının Petropolis bələdiyyəsində ən azı 104 nəfərin həyatına son qoyub.AZƏRTAC G1 portalına istinadla xəbər verir ki, ölənlərin səkkizi uşaqdır. Həmçinin təbii fəlakət nəticəsində 35 nəfər itkin düşüb. Mülki müdafiə xidmətləri 24 nəfərin həyatını xilas edə bilib.