CƏMİYYƏT


Nəsimi rayonunda narkotik vasitələrin satışını həyata keçirən şəxslər saxlanılıblar

Paytaxtın Nəsimi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəticədə narkotik vasitələrin satışı ilə məşğul olan 3 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 5 kiloqramdan artıq müxtəlif xassəli narkoik vasitə və psixotrop maddə çıxarılıb.
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri ilk əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olan Elvin Hüseynov saxlanılıb. Ondan 5 kiloqram 10 qram heroin və narkotik vasitələrin satışında istifadə etdiyi elektron tərəzi aşkar olunub.