Buz üzərində atlarla gəzinti
17.02.2022 [14:23]
Qars və Ərdahan vilayətləri arasında yerləşən Türkiyənin Çıldır gölündə buz üzərində qış şənlikləri davam edir. Belə ki, turistlər üçün donmuş göl üzərində atlarla gəzintilər təşkil olunur. Yerli əhalinin əsas məqsədi isə qonaqlara soyuq qış aylarında buradakı həyat tərzini nümayiş etdirməkdir. Qeyd edək ki, Çıldır 123 kvadrat kilometrdən çox ərazini əhatə edən Türkiyənin Şərqi Anadolu bölgəsinin ikinci ən böyük gölüdür.