DÜNYA


Kastamonuda dəhşətli yanğın: 15 ev külə döndü

Yanğın Türkiyənin Kastamonu rayonunun Akkaya Başören kəndində baş verib. Qeyri müəyyən səbəbdən baş verən yanğında kəndin 40 evindən 15-i tamamilə yanaraq yararsız hala düşüb. Artıq nəzarət altına alınan yanğının soyutma işləri davam edir.