CƏMİYYƏT


Saray qəsəbəsində narkotik vasitlərin təbliği ilə məşğul olan şəxs saxlanılıb

Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Saray qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində qəsəbə ərazisində narkotik vasitələrin satışını həyata keçirən Pərviz Həşimli tutulub. Onun üzərinə baxış zamanı 300 qrama yaxın heroin, metamfetamin və narkotik vasitələrin satışında istifadə etdiyi elektron tərəzi aşkar olunub. Pərviz Həşimlinin ətrafında aparılan arşdırmalar zamanı onun Abşeron rayonunda əsasən gənclər arasında narkotik vasitlərin təbliği ilə məşğul olduğu müəyyən edilib.