CƏMİYYƏT


Ukraynalı deputat: Xocalı qətliamı Qarabağ müharibəsi zamanı ən qəddar və qanlı hadisə olub

Kiyev şəhərində Xocalı soyqırımının 30 illiyinə həsr olunan “Xocalı soyqırımı və tarixi paralellər” adlı elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi (BUAK) ilə İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin birgə təşkil etdiyi konfransda Ukrayna Ali Radasının deputatı, elm, ictimai və siyasi xadimlər iştirak ediblər.