CƏMİYYƏT


İsmayıllıda minik və yük avtomobilləri toqquşub, ölən var

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Şamaxı-Muğanlı-İsmayıllı yolunda baş verib. Belə ki, yolun İsmayıllı şəhəri ərazisində "QAZ-3110" markalı minik maşını ilə "KamAZ" markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində rayon sakini, 1958-ci il təvəllüdlü Eynulla Xeyrulla oğlu Coşquyev ağır yaralanıb. Yaralı İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq E.Coşquyev dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.