Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Pekin-2022” heyəti arasında daha bir nəfərin COVID-19-a yoluxduğu aşkarlanıb

18.02.2022 [11:39]

Xəbərin mətni

“Pekin-2022” Qış Olimpiya Oyunlarının heyəti arasında ötən sutka ərzində daha bir nəfərin COVID-19 infeksiyasına yoluxduğu aşkarlanıb.
AZƏRTAC 24-cü Qış Olimpiya Oyunlarının təşkilat komitəsinə istinadla xəbər verir ki, ötən sutka Olimpiada ilə bağlı xaricdən 25 nəfər, o cümlədən 4 atlet və komanda rəsmisi Çinə gəlib. Hava limanında verilmiş test nəticəsində bir nəfərin virusa yoluxduğu aşkarlanıb.