DÜNYA


Yunanıstan sahilində yanan gəmidən 237 sərnişin və 51 ekipaj üzvü təxliyə olunub

Səhər saatlarında Yunanıstan sahilində yanan “Euroferry Olympia” bərəsinin bütün sərnişinləri və ekipaj üzvləri təxliyə olunub.AZƏRTAC АМНА informasiya agentliyinə istinadla xəbər verir ki, Yunanıstanın Gumenica şəhərindən İtaliyanın Brindisi şəhərinə üzən gəmi limandan çıxan zaman naməlum səbəbdən yanmağa başlayıb.