RƏSMİ


Prezident İlham Əliyev Coşqun Cəbrayılovu Bakının Nizami, Elgin Həbibullayevi Nərimanov və Elxan İbrahimovu Kürdəmir rayon icra hakimiyyətlərinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Coşqun Cəbrayılovu Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı, Elgin Həbibullayevi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı və Elxan İbrahimovu Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib.AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı videoqəbulda çıxış edib.