Azərbaycan Dövlət İnformasiya Agentliyi

ABŞ-ın Azərbaycandakı səfirliyi yeni elektrik avtomobilini təqdim edib

18.02.2022 [15:13]

Xəbərin mətni

ABŞ-ın Azərbaycandakı səfirliyinin avtomobil parkı yeni elektrik avtomobili ilə təmin olunub. Diplomatik nömrəli həmin elektrik avtomobili artıq Bakının küçələrində görmək olar.Səfirlikdən AZƏRTAC-a bildirilib ki, ABŞ-ın Bakıdaki səfirliyinin avtomobil parkına məxsus olan bu maşın səfirliyin ətraf mühiti qoruyan təşəbbüslərə dəstəyə sadiq olduğunun n+ümunəsidir. Səfir müavini Maykl Dikkerson yeni avtomobili Azərbaycanın tanınmış müğənnisi Eldar Qasımov ilə birgə “carpool karaoke” üslubunda çəkilmiş videoçarxda təqdim edir.