Azərbaycan Dövlət İnformasiya Agentliyi

Honkonq hökumətinin rəhbəri vəzifəsinə seçki epidemik vəziyyətlə əlaqədar təxirə salınıb

18.02.2022 [16:47]

Xəbərin mətni

Çinin Honkonq xüsusi inzibati ərazisi administrasiyasının rəhbəri vəzifəsinə martın 27-nə nəzərdə tutulan seçki epidemik vəziyyətlə əlaqədar mayın 8-nə keçirilib.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bu barədə inzibati ərazinin rəhbəri xanım Kərri Ləm açıqlama verib.
Son günlər Honkonqda COVID-19 virusuna yoluxmaların sayı davamlı artır. Ötən sutka 6 min 116 yeni yoluxma aşkarlanıb ki, bu, pandemiya dövrünün ən yüksək rəqəmi olub. Epidemik vəziyyətlə mübarizə üçün Çinin materik hissəsindən tibb işçiləri Honkonqa ezam olunub. Gündəlik test imkanının 300 minə çatdırılması istiqamətində iş aparılır. Bunun üçün səyyar laboratoriyalar quraşdırılır.