DÜNYA


Avropada tank-dronun prototipi hazırlanıb

Polşanın Dronehub kompaniyası Avropa layihəsi çərçivəsində yerdə tirtıl lentlə hərəkət edən Huuver tank-dronun prototipini hazırlayıb.AZƏRTAC xəbər verir ki, bu barədə New Atlas internet portalı məlumat yayıb.Məlumata görə, aparatın uzunluğu 137 santimetr, eni 84, hündürlüyü isə 56 santimetrdir. Huuver yerdə özünün bir cüt tirtıl lenti üzərində hərəkət edir. Litium batareya bir doldurmada onun verilən tapşırığı 10 saatadək yerinə yetirməsinə imkan yaradır. Huuver havaya tirtıl lentlərin arasında yerləşən səkkiz üfüqi pərin köməyi ilə qalxır. Aparat bir doldurmada 20 dəqiqəyədək uça bilir.