Çukurova Universitetinin tələbləri dünya ictimaiyyətinə “Xocalıya ədalət!” çağırışı ediblər
19.02.2022 [13:03]
Xəbərin mətni
Türkiyənin Adana şəhərində fəaliyyət göstərən Çukurova Universitetində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan anım mərasimi keçirilib.AZƏRTAC xəbər verir ki, universitetin professor, müəllim heyətinin, eləcə də yerli və xarici tələbələrin iştirakı ilə keçirilən mərasimdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.