Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kolumbiyada gözdən əlillər üçün təbiət turu təşkil olunub

19.02.2022 [15:54]

Kolumbiyanın Cali şəhərin görmə məhdudiyyətli insanların təbiətdə rahat hərəkət etməsi və zövq almaları üçün 400 metrlik yaşıl ərazidə “görmə cığırı” yaradılıb. Qonaqları istiqamətləndirmək üçün cığırların kənarında iplərdən istifadə olunub. Xüsusi hazırlanan audio bələdçi isə yol boyunca səsləri eşidilən təbiət canlıları haqqında məlumat verir.