Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Qırmızı xəbərdarlıq” edilən Britaniyadan fırtına görüntüləri

20.02.2022 [13:43]

Böyük Britaniyada İngiltərə və Uelsi bürüyən şiddətli “Eunice” fırtınası gündəlik həyata mənfi təsir edib.
Səlahiyyətlilər fırtına ilə bağlı “qırmızı xəbərdarlıq” edib və insanları fövqəladə hallar istisna olmaqla, evdə qalmağa çağırıb.Londonda vətəndaşlar fırtına səbəbiylə yolda getməkdə çətinlik çəkib, bəzi şəhərlərdə ağaclar yol kənarına aşıb, azı 2 nəfər yaralanıb.