Niderlanda “Yunis” qasırğası ilə əlaqədar ikinci ən yüksək narıncı hava xəbərdarlığı edilib
21.02.2022 [11:33]
Niderlandın bir hissəsi “Yunis” qasırğası ilə əlaqədar ikinci ən yüksək narıncı hava xəbərdarlığı alıb. Şimal əyalətlərində küləyin sürəti saatda 120 kilometrə (75 mil) çatacağı xəbəri verilib. Bəzi əyalətlərdə dəmiryollarının hərəkətinin dayandırılması və məktəblərin bağlanması qərarları verilib. Buna baxmayaraq bəzi hələ də Haaqa sahilində gəzməyə davam ediblər.