MƏDƏNİYYƏT


XIII əsrdə Qızıl Orda qüvvələrinin viran qoyduğu Əniğ qalasından günümüzə qalanlar REPORTAJ

Qusarın Əniğ kəndi rayon mərkəzindən 27 kilometr məsafədə, Qusarçayın sağ sahilində yerləşir. Doqquz kəndi əhatə edən Qusarçay vadisinə də bu kəndin adı (Əniğ vadisi) verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Böyük dağın zirvəsində, təbii maneələrlə qorunan kənddə insanlar qədim zamanlardan yaşayıblar. Ərəb dilində yazılmış “Əbu Müslümün tarixi” adlı tarixi xronikada X əsrdə Azərbaycanda mövcud olan bir neçə kəndin, o cümlədən Əniğ kəndinin adı çəkilir. Rəvayətə görə, kənd adını vaxtilə burada yaşamış yerli hakim Əniğ ağanın adından alıb. Digər fərziyyəyə görə, Əniğ hun tayfalarının adı ilə bağlı toponimdir. Əvvəllər “ünüğ” olub, sonra dəyişərək “Əniğ” formasını alıb.