Azərbaycan Dövlət İnformasiya Agentliyi

Braziliyada təbii fəlakət nəticəsində ölənlərin sayı 171 nəfərə çatıb, axtarışlar davam etdirilir

21.02.2022 [13:47]

Xəbərin mətni

Braziliyanın Petropolis şəhərində sel və daşqınların doğurduğu torpaq sürüşməsi nəticəsində azı 171 nəfər həlak olub. Şəhərdə axtarış-xilasetmə işləri davam edir.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, ölənlər arasında 27 azyaşlı və yeniyetmənin olduğu, 120 nəfərin isə axtarışının davam etdiyi bildirilib.