Azərbaycan Dövlət İnformasiya Agentliyi

Malililər Fransa silahlı qüvvələrinin ölkəni tərk etməsini bayram ediblər

21.02.2022 [14:16]

Fransa 2013-cü ildə Maliyə cihadçı qüvvələrlə mübarizə üçün gətirdiyi 2,400 nəfərlik hərbi kontingentini ölkədən çıxarır. Malililər Fransa qoşunlarının çıxarılmasını qeyd etmək üçün paytaxt Bamakoya toplaşıblar. Bəzi nümayişçilər əllərində "Təşəkkürlər Vaqner" və "Fransa terrorçu bir millətdir" kimi plakatlar qaldırırlar. Fransa prezidenti Emmanuel Makron ölkənin hakim hərbi rəhbərliyi ilə münasibətlərin pozulmasından sonra qoşunlarını Malidən çıxardığını elan edib.