Azərbaycan Dövlət İnformasiya Agentliyi

Worldometer: Dünyada koronavirusa yoluxma hallarının sayı 425 milyonu ötüb

21.02.2022 [14:48]

Dünya üzrə COVID-19 infeksiyasına yoluxanların sayı 425 milyon nəfəri ötüb.
AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, Bakı vaxtı ilə bu gün saat 12:00 radələrinədək dünyada koronavirusa 226 min 191 yoluxma faktı qeydə alınıb. Bununla da yoluxanların ümumi sayı 425 milyon 84 min nəfərə çatıb. Həmçinin 5 milyon 906 min nəfər infeksiyanın qurbanı olub, 350 milyon 827 min nəfər isə bu xəstəlikdən sağalıb.