Adanada məktəbdə kondisionerin partlaması yanğına səbəb olub
21.02.2022 [18:30]
Türkiyənin Adana şəhərində məktəbdə şagirdlər dərsdə olarkən ikinci mərtəbədə kondisioner partlayıb. Partlayışdan sonra yanğın başlayıb və şagirdlər sinif otaqlarından təxliyə edilib. Yanğınsöndürənlərin müdaxiləsi ilə alov söndürülüb.