İsveçin paytaxtı qar fırtınası nəticəsində böyük problemlərlə üzləşib
22.02.2022 [12:03]
Xəbərin mətni
İsveç paytaxtı qar fırtınası nəticəsində böyük problemlərlə üzləşib.AZƏRTAC İsveç KİV-inə istinadla xəbər verir ki, fevralın 21-də gün ərzində yağan güclü qar nəticəsində Stokholmda avtomobillərin hərəkətində ciddi problemlər yaranıb. Güclü küləklə yanaşı davamlı yağan qar və aşağı temperatur buz qatının yaranmasına, şəhər nəqliyyat xidmətlərinin və yolları təmizləyən kommunal qurumların işində çətinliklərə səbəb olub.