Venesiyalıların qədim sənəti
22.02.2022 [18:21]
Venesiyada qiymətli məxmərlərdən fərqli əl işləri hazırlayan kiçik bir emalatxana fəaliyyətini hələ də davam etdirir. Vatikandan moda evlərinə, Hollivud ulduzlarına müxtəlif məxmər məhsulları buradan göndərilir. Burada 16-cı əsrdə təxminən 6000 dəzgah var idi. Hazırda bu gün onlardan 18-i işlək vəziyyətdədir. Bu dəzgahları qədim sənətin son qəyyumları olan yeddi təcrübəli sənətkar idarə edir.