Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İstanbulda Xocalı soyqırımını özündə əks etdirən “Geriyə baxma” kitabı ictimaiyyətə təqdim olunub

23.02.2022 [10:01]

Xəbərin mətni

Fevralın 22-də İstanbulda Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı “Geriyə baxma” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, İstanbul Universitetində baş tutan tədbirdə çıxış edən bu ali təhsil ocağının tarix bölməsinin rəhbəri Fatih Sancaktar, “Türk Ocaqları”nın İstanbul üzrə rəhbəri Cezmi Bayram, Azərbaycan İlahiyyat İnstitutunun elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov və “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri, yazıçı, publisist Səriyyə Müslümqızı Xocalı soyqırımının üstündən 30 il keçməsinə baxmayaraq, bu yaranın hələ də sağalmadığını, Vətən müharibəsində qazanılan Qələbə ilə Xocalı qurbanlarının qisasının alındığını vurğulayıblar.