Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kolumbiyada seçim tərəfdarları məhkəmənin qərarını alqışlayıblar

23.02.2022 [15:33]

Seçim tərəfdarları Kolumbiya məhkəməsinin hamiləliyin 24-cü həftəsinə qədər edilən abortu cinayət hesab etməmək qərarını alqışlayıblar. Bu ölkə üçün əlamətdar bir hadisədir. Belə ki, katolik Latın Amerikasında bu prosedura icazə verən az sayda ölkənin siyahısına artıq Kolumbiya da qoşulub.