Almaniyada yaşayış kompleksində yanğın baş verib
23.02.2022 [16:29]
Almaniyanın qərbində yerləşən Essen şəhərində yaşayış kompleksində güclü yanğın baş verib. Yanğınsöndürmə xidməti kompleksdən 100-ə yaxın adamın təxliyyə edildiyini və bu sayın təxminən orada yaşayanların sayı ilə uyğun gəldiyini bildirib. Son günlər Avropanın şimalında baş verən fırtınalar yanğına səbəb göstərilib.