Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mərmərə Universitetində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı konfrans keçirilib

23.02.2022 [17:12]

Xəbərin mətni

Fevralın 23-də İstanbulun Mərmərə Universitetində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir ölkəmizin İstanbuldakı Baş Konsulluğunun və Mərmərə Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.
Konfransda əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Xocalı soyqırımını özündə əks etdirən videoçarx nümayiş olunub.