CƏMİYYƏT


Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Tehranda mətbuat konfransı keçirilib

Fevralın 23-də Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Tehranda mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, konfransdan əvvəl Xocalı soyqırımını əks etdirən sənədli film nümayiş olunub. Müqəddəs Qurandan ayələr oxunub. Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfir 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində ermənilərin törətdikləri qətliam barəsində geniş məlumat verib.