Romanın və Milanın metro stansiyalarında Xocalı soyqırımı ilə bağlı videoçarx yayımlanır
23.02.2022 [18:21]
Xəbərin mətni
İtaliyanın paytaxtı Romada, eləcə də Milan şəhərindəki metro stansiyalarda Xocalı soyqırımı ilə bağlı videoçarx yayımlanır.
AZƏRTAC xəbər verir ki, sosial aksiya Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan-İtaliya Birliyinin təşəbbüsü ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilib.