CƏMİYYƏT


Haaqada “Xocalı - Ağ stul 30” dinc aksiyası keçirilib

Beynəlxalq ədalət şəhəri hesab olunan Haaqada Xocalı faciəsinin 30 illiyinə həsr edilmiş və Xocalı qurbanlarına ədalət tələb olunan dinc aksiya keçirilib.
AZƏRTAC xəbər verir ki, dinc aksiya Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və “Ana Vətən” Avropa Azərbaycanlı Qadınları İctimai Birliyi, Benelüks Azərbaycanlıları Konqresinin (BAK) birgə təşkilatçılığı ilə keçirilib.