CƏMİYYƏT


Kiyevdə Xocalı soyqırımının 30 illiyi ilə bağlı anım tədbiri keçirilib

Ukrayna Regionlararası İşçiləri İdarəetmə Akademiyasında Xocalı soyqırımının 30 illiyi münasibətilə anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı və təşəbbüsü ilə keçirilən anım tədbirində diplomatlar, alimlər, diaspor rəhbərləri, soydaşlarımız iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə ali təhsil ocağında ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzüblər.
Anım tədbiri Xocalı soyqırımında şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Ukrayna Regionlararası İşçiləri İdarəetmə Akademiyasının prezidenti Rostislav Şokin dəyirmi masa iştirakçılarını salamladıqdan sonra çıxış edən Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova Xocalı soyqırımı haqqında ətraflı məlumat verib.