CƏMİYYƏT


Ankarada “Xocalıdan 44 günlük savaşa” mövzusunda konfrans təşkil olunub

Türkiyə Prezident Administrasiyasının Milliyyət Kitabxanasında Xocalı soyqırımının otuzuncu ildönümünə həsr edilən “Müharibə cinayətlərinin hüquqi dəyərləndirilməsi və alınan dərslər - Xocalıdan 44 günlük savaşa” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu və Türkiyə Prezident Administrasiyasının Milliyyət Kitabxanası tərəfindən birgə təşkil olunan tədbirdə rəsmi şəxslər, deputatlar, diplomatlar, hüquqşünaslar və digər sahələri təmsil edən tanınmış alimlər iştirak ediblər.