CƏMİYYƏT


İstanbulda Xocalı soyqırımının qurbanları anılıb

Fevralın 24-də İstanbulda Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və Türk Dünyası Həmrəylik və Yardımlaşma Dərnəyinin təşkilatçılığı ilə baş tutub.
Əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müxtəlif xalqların nümayəndələrinin, eləcə də xaricdə yaşayan həmvətənlərimizin "Xocalıya ədalət!" çağırışı ilə bağlı videoçarx nümayiş etdirilib.