CƏMİYYƏT


Tokioda Xocalı faciəsinin qurbanlarının xatirəsi anılıb

Yaponiyanın paytaxtı Tokioda yerləşən Cümə məscidində 1992-ci il fevralın 25-dən 26-a küçən gecə erməni silahlıları tərəfindən törədilən Xocalı faciəsinin qurbanlarının xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Yaponiyadakı səfirliyinin təşəbbüsü ilə “Tokyo Camii ve Diyanet Türk Kültür Mərkəzi”ndə təşkil edilən mərasimdə bu ölkədə yaşayan soydaşlarımız, Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə, Türkiyənin Yaponiyadakı səfiri Korkut Güngen, digər müsəlman ölkələrinin səfirliklərinin nümayəndələri, müsəlman icmasının üzvləri iştirak ediblər.