Almaniyada Xocalı soyqırımına həsr olunmuş ənənəvi simpozium keçirilib
25.02.2022 [19:17]
Xəbərin mətni
Azərbaycanın Almaniyadakı səfirliyi və Alman-Azərbaycan Forumunun birgə təşkilatçılığı ilə Xocalı soyqırımının ildönümünə həsr olunmuş növbəti, sayca 10-cu “Cənubi Qafqazda sabitlik və təhlükəsizlik. Almaniya-Azərbaycan əməkdaşlığının perspektivləri” mövzusunda simpozium keçirilib. Tədbir pandemiya səbəbindən mövcud olan məhdudiyyətlərlə əlaqədar onlayn formatda baş tutub.