CƏMİYYƏT


Ombudsmanın təşəbbüsü ilə “Xocalı şahidi” adlı film hazırlanıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalı şahidi” adlı film hazırlanıb.
Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, filmdə Xocalıda 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə törədilmiş kütləvi qırğın, mülki şəxslərin soyqırımı zamanı və girovluqda məruz qaldığı işgəncələr, onların itkin düşmüş yaxınları barədə məlumatlar faktlar əsasında təqdim olunmaqla yanaşı, Ombudsmanın bu soyqırımı cinayətinə hüquqi qiymət verilməsi barədə dünya ictimaiyyətinə çağırışı da yer alıb.