CƏMİYYƏT


Latviyada Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilmiş anım tədbiri təşkil olunub

Azərbaycanın Latviyadakı səfirliyinin təşkilatçılığı ilə Yurmala şəhərində yerləşən Dubulti Yevangelist Lüteran Kilsəsində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Latviya Xarici İşlər Nazirliyinin, bu ölkədə akkreditə olunan diplomatik korpusun nümayəndələri, Azərbaycan diaspor təşkilatlarının üzvləri, eləcə də yerli ictimaiyyətin nümayəndələri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.