CƏMİYYƏT


30 ildir Xocalıda donub qalan övladlarının yolunu gözləyən ana

Övladlarımdan bir nişanə, ziyarət yeri belə yoxdur. Hər il fevral ayı gələndə elə bilirəm ki, dağ uçub, altında qalmışam. Balaca oğlum məktəbə hələ təzə gedirdi. Onlar erməni faşizminin qurbanı oldular, meşədə donub qaldılar...
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında üç azyaşlı övladı Xocalı faciəsində donaraq ölən Sədaqət Hüseynova deyib. Xocalı sakini indi Goranboyda məskunlaşıb.