CƏMİYYƏT


İstanbulda Xocalı aksiyası keçirilib

Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar İstanbulun tarixi Fatih bölgəsində aksiya keçirilib.
AZƏRTAC xəbər verir ki, “Bayrağını da al gəl” şüarı altında keçirilən aksiya İstanbulun Bəyazıt meydanından baş tutub.
Tədbirdə ölkəmizin İstanbuldakı baş konsulluğunun əməkdaşları, Türkiyə ictimaiyyətinin, QHT-nin, ictimai birliklərin, KİV-in nümayəndələri, qardaş ölkədə fəaliyyət göstərən həmvətənlərimiz, yerli əhali, Türkiyədə fəaliyyət göstərən Hüseyin Cavid adına orta məktəbin şagirdləri və digərləri iştirak ediblər.