CƏMİYYƏT


Xocalı soyqırımına dair faktları əks etdirən avtomobil Romanın mərkəzi küçələrində

Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan-İtaliya Birliyinin təşəbbüsü ilə Xocalı soyqırımının 30-cu ildönümündə İtaliyanın paytaxtı Romada məlumatlandırıcı sosial aksiya keçirilib.
AZƏRTAC xəbər verir ki, “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində keçirilən aksiya zamanı üzərində Xocalı soyqırımına dair faktları əks etdirən xüsusi avtomobil şəhərin mərkəzi küçələrində hərəkət edib. Avtomobilin üzərində Xocalıda erməni silahlı birləşmələrinin törətdiyi qanlı cinayətləri əks etdirən şəkillər və məlumatlar nümayiş olunub.