SİYASƏT


Strasburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib

"Xocalıya ədalət!" beynəlxalq təbliğat kampaniyası çərçivəsində Azərbaycanın Avropa Şurası (AŞ) yanında daimi nümayəndəliyi tərəfindən Strasburq şəhərində yerləşən tarixi “Motsart ” konsert salonunda Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım mərasimi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Avropa Şurası yanında akkreditasiya olunmuş diplomatik korpus nümayəndələrinin, Strasburqda akademik dairənin, eləcə də yerli ictimaiyyət nümayəndələrinin, Azərbaycan diaspor üzvlərinin qatıldığı tədbirdə Azərbaycan Respublikası Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli də iştirak edib.