SİYASƏT


Müdafiə Nazirliyinin hərbi liseylərinə namizədlərin qəbulu qaydaları açıqlanıb

Azərbaycan Müdafiə Nazirliyinin hərbi liseylərinə 2022/2023-cü tədris ili üçün namizədlərin qəbulu qaydaları açıqlanıb.
Nazirlikdən bildirilib ki, cari il ümumtəhsil müəssisələrində orta təhsil səviyyəsini bitirən, qəbul ilində 15 yaşı tamam olan və 17 yaşı tamam olmayan Azərbaycanın kişi cinsli vətəndaşları qəbul edilirlər.
Hərbi liseylərə qəbul olan kursantlar təhsil müddətində bütün təminat növləri ilə təmin olunur və ayda 51 AZN məbləğində müavinət alırlar.