SİYASƏT
Vaşinqtonda Kennedi Mərkəzində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib
28.02.2022 [12:05]
Xəbərin mətni
Vaşinqtonun məşhur Kennedi Mərkəzinin Ədalət Forumu (Justice Forum) zalında Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı “Həqiqət və Ədalət” başlıqlı anım tədbiri keçirilib.
Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyi tərəfindən təşkil olunmuş və 150-ə yaxın qonağın qatıldığı tədbirdə Türkiyə, Pakistan və Qırğızıstanın ABŞ-dakı səfirləri, diplomatik korpusun nümayəndələri, ABŞ-ın beyin mərkəzlərinin əməkdaşları, ABŞ ictimaiyyətinin nümayəndələri, habelə azərbaycanlı icması iştirak edib.