Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çanta daşıyan robot

01.03.2022 [12:18]

İtaliyanın mühərrik hazırlayan şirkəti Piaggionun startap layihəsi üzrə Gita adlı yeni robot artıq hazırdır. İtaliyanın Yaşlanma üzrə Milli İnnovasiyalar Mərkəzinin direktoru, professor Nik Palmarininin sözlərinə görə kamera və sensorlarla təchiz olunmuş bu ağıllı robot öz sahibinin ardınca gedərkən onun etdiyi səhvlərə yol vermir, məsələn izlədiyi insanın ayağının altında qalan zibilin üzərindən keçmir.