Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda yapon yeməkləri təqdim olunub

02.03.2022 [12:10]

Xəbərin mətni

Martın 2-də Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən “Gündoğar ölkə”nin Bakıdakı səfirinin aşpazı Matsuşita Taisei tərəfindən yapon yeməklərinin nümayişi keçirilib.AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada qonaqları salamlayaraq deyib: “Bu il Yaponiya-Azərbaycan münasibətlərinin bərpasının 30 illiyi tamam olur. Bu münasibətlə Azərbaycanın bir sıra rayon və şəhərlərində tədbirlər keçiriləcək”.